Haqqımızda
AREA36 Azərbaycanda premium villa və istirahət evlərinin təqdimatı və rezervasiyası sahəsində fəaliyyət göstərən platformadır.
İki ildən artıqdır ki, fəaliyyət göstərən AREA36 qonaqlara rahat, təhlükəsiz və keyfiyyətli istirahət təcrübəsi təqdim etməyi qarşısına məqsəd qoyub. Bu müddət ərzində platformamız vasitəsilə 1000-dən çox qonaq müxtəlif istirahət məkanlarında rezervasiya xidmətlərindən yararlanıb.
Hazırda AREA36 üzərindən 10-dan çox villa və istirahət evi təqdim olunur. Platformamızda həm öz idarə etdiyimiz villalar, həm də etibarlı tərəfdaşlarımıza məxsus seçilmiş obyektlər yer alır. Təqdim olunan hər bir məkan qonaqların rahatlığı və məmnuniyyəti nəzərə alınaraq seçilir.
Biz inanırıq ki, keyfiyyətli istirahət düzgün seçimlə başlayır. Buna görə də istifadəçilərimizə villalar haqqında ətraflı məlumat təqdim edir, rezervasiya prosesini mümkün qədər sadə və şəffaf şəkildə təşkil edirik.
Missiyamız qonaqlar ilə keyfiyyətli istirahət məkanları arasında etibarlı körpü yaratmaq, Azərbaycanda villa rezervasiyası sahəsində etibarlı və tanınan platformalardan biri olmaqdır.
Niyə AREA36?
- Premium və diqqətlə seçilmiş villalar
- Sadə və rahat rezervasiya prosesi
- Operativ müştəri dəstəyi
- Təhlükəsiz ödəniş və rezervasiya imkanları
- Qonaq məmnuniyyətinə yönəlmiş xidmət yanaşması